Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu gün bütün dünya silkələnəcək, SARAY ALT-ÜST OLACAQ:Türkiyəyə qarşı XAİN PLAN İFŞA EDİLİR

 

Bu gün bütün dünya silkələnəcək, SARAY ALT-ÜST OLACAQ: Türkiyəyə qarşı XAİN PLAN İFŞA EDİLİR

 

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü an, sonrası və əvvəlinə aid səs yazıları bu gündən etibarən dərc olunmağa başlanılacaq.

 Yenixeber.org: Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi, yazar İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, bu vəhşi cinayətin törədilməsi, təşkil edilməsi, hazırlanması və təlimatın verilməsi ilə bağlı beynəlxalq müzakirələr “yeni sübutlar”ın ortaya qoyulmasını zəruri edib.

“Bu gün və ya bu həftə bunun üçün ən münasib vaxt kimi görünür. Qatillərin öz aralarındakı danışıqları, cinayəti işlədikdən sonra Ər-Riyadla danışması, vəliəhd şahzadənin (Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman nəzərdə tutulur –red.) cinayət əmrini verən adam olduğunu sübut edəcək dialoqlar, bəlkə Birləşmiş Ərəb Əmirlikləri və Misir kəşfiyyatının hadisədəki rolu, hətta İsrail kəşfiyyatının məlumatlılığı və ya cinayətin ABŞ ayağına dair məlumatlar...”, - Karagül yazıb.

Siyasi şərhçi qeyd edir ki, bu cür məlumatlar dünyanı sarsıdar, bölgədə zəlzələlərə səbəb olar, Səudiyyə sarayını alt-üst edər, regional güc strukturlaşmasında yeni vəziyyətlər yaradar.

Onun sözlərinə görə, söhbət bu gün sadəcə Qaşıqçı cinayətindən getmir, ortada regional bir müharibənin başladılması, Türkiyə ilə hesablaşma, Türkiyə içində yeni çevriliş ssenarilərinin hazırlanması, bəzi bölgə ölkələrində yeni vətəndaş müharibələrinin başladılması kimi hədəflər var.

Yazar qeyd edir ki, bu həftə çox radikal inkişaflara şahidi olacağıq.

“Mərkəzi Kəşfiyyat İdarəsinin “cinayət əmrini vəliəhd verdi” şəklində məruzəsi, ABŞ prezidenti Donald Trampın “bu çərşənbə axşamı Qaşıqçının kimin öldürdüyü dəqiqləşəcək” söyləməsi bütün bu hesablaşmalar üçün bu həftənin kritik olacağına işarə edir”, - müəllif qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam