Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Siqaret biznesi də Cavanşir Feyziyevin nəzarətinə keçdi-ARAŞDIRMA

 

Azərbaycanda çox böyük qazanc mənbəyi olan siqaret biznesi deputat Cabanşir Feyziyevin nəzarətinə keçib.

Yenixeber.org: Hazırda ölkədə siqaretin topdansatışını həyata keçirən şəxs sözügedən deputatın qardaşıdır.

Əldə etdiyimiz məlumata görə, 100-dən artıq çeşidin topdansatıçşını reallaşdıran və bütün maliyyə işlərini həyata keçirən Arif Feyziyev, qardaşının sayəsində belə böyük biznesə sahiblənib. O, təkcə, topdansatış işlərini deyil, həmçinin ölkə üzrə digər topdansatış işlərini reallaşdırmaq istəyənlər üçün lisenziyaların verilməsi səlahiyyətinə malikdir. Dəqiqləşdirmələrimizə görə, hal hazırda siqaret məhsullarının topdansatışını həyata keçirmək üçün tələb olunan lisenziyanın dövlət rüsumu 300 manat olsa da, Arif Feyziyev bu lisenziyanı 50 min dollara satır. O da “hər yoldan keçənə” deyil, xüsusi olaraq tapşırılmış şəxslərə satıla bilər.

Qeyd edək ki, deputat Cavanşir Feyziyev təkcə siqaret biznesiylə məşğul olmur. O, həmçinin ölkədə “dərman mafiyası”nın ən aparıcı fiqurlarından biri hesab olunur. “Avromed” kimi tanınmış həmin dərman firmasının adı isə ölkəyə keyfiyyətsiz dərman gətirilməsindən tutmuş, tender maxinasiyalarına, habelə monopolistlik etməyə qədər hər işdə hallanıb. İndi isə yeni, elə dərman biznesi qədər gəlir gətirən siqaret ticarətini tam nəzarətinə almağa nail olub.

Xatırladaq ki, Azərbaycanda hər il 1 milyard ədəd siqaret satılır. Ölkə daxilində siqaret satışının illik dövriyyəsi 500-700 milyon manata yaxın pul təşkil edir.(jamaz.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam