Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Yoluxma durmadan artır -SMS icazə tətbiq ediləcəkmi? - AÇIQLAMA

Yoluxma durmadan artır: SMS icazə tətbiq ediləcəkmi? -  AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır. Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır.

Yenixeber.org: Vəziyyətin belə davam edəcəyi təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və sms izacə sisteminin tətbiq olunacağı ehtimalı gündəmə gəlib.

Mütəxəssislər mövcud vəziyyəti qiymətləndirib və çıxış yolları barədə danışıblar. Milli Məclisin üzvü Müşfiq Məmmədli "ARB24"ə bildirib ki, heç kim karantin tədbirlərinin sərtləşdirilməsini və insanların normal fəaliyyətinin məhdudlaşdırılmasını istəmir: "Biz özümüz buna dəstək verməklə yanaşı, həm də dövlətin tənzimləyici tədbirlərinə anlayışla yanaşmalıyıq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib: "Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam