Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xəzər rayonu ərazisində qanunsuz tikintilər artır – suallar cavabsız qalır-DE-FAKTO

media-tikinti

Xəzər rayonu ərazisində qanunsuz tikililərin sayı durmadan artır. Sosial şəbəkələrdə yayılan növbəti videogörüntüdə ərazidə sürətlə tikinti işlərinin aparıldığı açıq şəkildə görünür. İddialara görə, sözügedən tikinti üçün heç bir rəsmi icazə mövcud deyil.

Yenixeber.org: Redaksiyamıza müraciət edən yerli sakinlərin sözlərinə görə, rayon ərazisində bu cür tikintilərin sayı artıq hesablanmayacaq həddə çatıb. Xüsusilə fərdi yaşayış evləri və obyektlərin sənədsiz şəkildə inşa edildiyi bildirilir.

Məsələ ilə bağlı sual yaranır: rayon rəhbərliyi bu proseslərdən xəbərdardırmı?

Elşən Salahov rəhbərlik etdiyi icra hakimiyyəti qanunsuz tikintilərlə bağlı niyə operativ tədbir görmür? Əgər bu tikintilər həqiqətən sənədsizdirsə, niyə dayandırılmır və ya hüquqi prosedurlar işə salınmır?

Məlumdur ki, Azərbaycan qanunvericiliyinə əsasən, tikinti işlərinin aparılması üçün müvafiq icra qurumlarının razılığı və icazə sənədləri tələb olunur. Qanunsuz tikinti isə inzibati və hüquqi məsuliyyət yaradır.

Mövzu ilə bağlı rəsmi qurumların mövqeyi maraqlıdır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(XALQ)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam