Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Azərbaycan əhalisinin sayı açıqlandı - STATİSTİKA

 
2020-ci ilin əvvəlinə Azərbaycanda əhalisinin sayı 10067,1 min nəfər olub. Əhalinin 5312,0 min nəfəri və ya 52,8 faizi şəhər, 4755,1 min nəfəri və ya 47,2 faizi kənd yerlərində yaşayır. Əhalinin 5028,0 min nəfəri (49,9 faizi) kişilərdən, 5039,1 min nəfəri isə (50,1 faizi) qadınlardan ibarətdir, hər 1000 nəfər kişiyə 1002 nəfər qadın düşür.
Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayından 22,4 faizi 0-14 yaşda, 70,4 faizi 15-64 yaşda, 7,2 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ümumi əhalinin 24 faizini təşkil edir və onların da yarıdan çoxu şəhər yerlərində yaşayırlar.

Son 5 il ərzində ölkədə ildə orta hesabla 150 min nəfər və ya hər gün təxminən 411 körpə dünyaya gəlib. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 2019-cu ildə 14,3 nəfər təşkil edib.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunur və uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 1,8 uşaq düşür. Ölkədə ölümün səviyyəsi nisbətən aşağı və sabit səviyyə ilə səciyyələnir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam