Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gələn il sertifikasiyadan keçən müəllimlərə 212,8 milyon manat AYRILACAQ

 

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı nəzərdə tutulur. Sertifikasiyada uğur qazanan müəllim heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.

Qeyd edək ki, sertifikasiyada 30-50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51-60 toplayanların maaşına isə 35 faiz əlavə hesablanır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ildə təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın müəllim iştirak edib. Builki test imtahanı mərhələsində 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim isə 30 bal və daha yuxarı nəticə göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam