Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Navalnı zəhərlənməyib, Merkelin açıqlaması uydurmadır” -Lukaşenko

“Navalnı zəhərlənməyib, Merkelin açıqlaması uydurmadır” -  Lukaşenko
Almaniya kansleri Angela Merkelin Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı açıqlaması uydurmadır.
Yenixeber.org: Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş Naziri Mixail Mişustinlə görüşdə deyib.

Lukaşenko, Varşava ilə Berlin arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı barədə danışıqlara istinad edib.

“Rusiya hadisələrini müşahidə edərkən, Qərbdə yeni bir xüsusiyyət ortaya çıxıb - yenə "Noviçok", yenə zəhərlənmə. Sizə deməliyəm ki, Merkelin çıxışından əvvəl biz söhbəti dinlədik. Varşavanın Berlinlə danışdığını başa düşdük - iki abonent əlaqədə idi. Radioelektron hərbi kəşfiyyatımız ələ keçirdi”, - deyə Lukaşenko vurğulayıb.

O, Rusiya tərəfinə bunun saxta olduğunu açıq şəkildə göstərən söhbətin stenoqramını verəcəyini vəd edib.

Lukaşenko Navalnının zəhərlənmədiyini bildirib. Onun sözlərinə görə, bu, Putini Belarusun məsələsindən ayırmaq üçün ortaya atılıb.

Qeyd edək ki, bir gün əvvəl Almaniya hökuməti Bundesverin laboratoriyasında aparılan toksikoloji testlərin nəticəsinə əsasən, Navalnının “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyini bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam