Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tovuz sakininin ölümünə səbəb olan şəxs -tutulub

Tovuz sakininin ölümünə səbəb olan şəxs tutulub

Tovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun “nazik bağırsağın zədələnməsi” diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenixeber.org: Tovuz rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam