Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Övladıma mənim adımı qoyarsan” deyən şəhidimiz dekabrda ata olacaqmış -TƏFƏRRÜAT


"Şahin döyüş vaxtı bir dəfə də yaralanmışdı".
Yenixeber.org: Bu sözləri sosial şəbəkələrdə “mənə nəsə olsa oğluma adımı qoyarsız” videosu ilə hər kəsi duyğulandıran şəhid Şahin Allahyarovun qaynı Davud Ağaşirinov deyib.
O bildirib ki, Şahin Allahyarov uşaqlıqdan mərd, qorxmaz oğul idi: “Şahin həmişə söhbət edəndə deyirdi ki, biz torpaqlarımızı mütləq işğaldan azad etməliyik. Bu işi övladlarımıza saxlamamalıyıq. Hərbçi yoldaşları da onun döyüş meydanında göstərdiyi igidliklərdən ağız dolusu danışırlar. Biz sonradan bildik ki, Şahin hətta bir dəfə yaralanıbmış. Ancaq o hərbçi yoldaşlarını tək qoymayaraq hospitala getməkdən imtina edib”.
Şahin Allahverdiyevin ailəsinə son sözlərinin yer aldığı video ilə bağlı da danışıb: “Videonu Şahin çəkib bacısının yoldaşına göndərib ki, mənə nəsə olsa ailəmə göstərərsiz. Ancaq sonradan video yayıldı. İndi hara baxırıqsa həmin görüntülər qarşımıza çıxır. Şəhidimizin ailəsinə göstərilən diqqətə görə hər kəsə təşəkkür edirik”.
A. Davud bildirdi ki, şəhidimiz Şahin Allahyarovun dekabrda övladı dünyaya gələcək: “Şahinin dekabrın sonlarında oğlan övladı dünyaya gələcək. İnşallah övladı Şahinin adını daşıyacaq. Şahin hər kəsin ürəyində yaşayacaq”.
Qeyd edək ki, şəhid Şahin Allahyarovun Oksana adlı 2 yaşlı qızı yadigar qalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam