Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Keçmiş prezident hakim qarşısına çıxır

 

 

Fransanın eks-prezidenti Nikola Sarkozi korrupsiya və ticarət dövriyyəsi ittihamı ilə bu gün hakim qarşısına çıxacaq.


Yenixeber.org: Pravda.ru yazır ki, o, müasir Fransanın müttəhim kürsüsünə oturan ilk keçmiş prezidenti olacaq.


Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib.


Fransalı müstəntiqlərin Sarkozinin seçki kampaniyası ilə əlaqəli korrupsiya iddialarını araşdırması bir neçə il çəkib.


O, “L'Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.


Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror - red.) rüşvət verməyə çalışaraq Monakoda prestijli bir iş təklif etdiyi iddia olunur.


2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində və dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.


Sarkozi özü isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam