Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Paşinyan müharibənin ilk günlərində “Lavrov planı”nı qəbul etməli idi” -Eks-prezident

“Paşinyan müharibənin ilk günlərində “Lavrov planı”nı qəbul etməli idi” -  Eks-prezident
Nikol Paşinyan baş qərargah rəisinin hesabatından dərhal sonra "Lavrov planı"nı qəbul etməli və müharibəni başlanğıcdan dayandırmalı idi.
Yenixeber.org: Bunu "5-ci kanal”a müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, müharibənin dördüncü günü Onik Qasparyanın müharibəni bitirməyin zəruriliyi ilə bağlı məlum hesabatından sonra Azərbaycan cəmi 3-4 kilometrə qədər irəliləmişdi, erməni tərəfinin təxminən 500 nəfər itkisi var idi. Məhz onda Nikol Paşinyan müharibəni dayandırmalı idi.

"Ancaq müharibə 44-cü gündə dayandırıldı. Bir neçə min itki ilə. Generallar məğlubiyyətin qaçılmaz olduğunu söylədikdə müharibəni niyə dayandırmadığını anlaya bilmirəm".

Koçaryan əmindir ki, əgər hakimiyyət əvvəldən xalqa müharibənin və itkilərin həqiqi miqyasını təqdim etsəydi, heç kim Paşinyanı ərazilərin təslim olması halında xəyanətdə günahlandırmazdı. Ancaq yalan üzərində qurulan təbliğat ölkə üçün ölümcül oldu.

Üstəlik, Köçəryan inanır ki, o, ölkənin lideri olsaydı, Qarabağda müharibə olmazdı: "Əgər mən lider olsaydım müharibə olmazdı. Diplomatik axmaqlıq baş verməzdi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam