Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verəcək" - Hulusi Akar

 

NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır.

Yenixeber.org: Bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.

İki ölkə arasındakı mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayan nazir deyib: “Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək. NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam