Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan ordusu bu rayonda tutduqları mövqeləri tərk edəcəklər -FOTOLAR

Sabah saat 17:00-a qədər Ermənistan ordusunun Zəngilan rayonu ərazisində qalan hissələri tutduqları mövqeləri tərk edəcəklər.
Yenixeber.org: Bu barədə məlumatı Ermənistanın Qafan rayon bələdiyyəsinin başçısı Gevorq Parsyan təsdiqləyib.

Məlumat üçün bildirək ki, iki gün əvvəl Qubadlı və Zəngilan rayonunun Ermənistanla həmsərhəd bölgələrində yerləşən Rusiya hərbçilərinin  erməni silahlı dəstələrinə xəbərdarlıq etdiyi barədə məlumat yayılıb.
Qeyd olunurdu ki, Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində yerləşən Rusiya Silahlı Qüvvələrinin nümayəndələri onlardan bir-neçə kilometr şərq istiqamətində (Zəngilan rayonu ərazisində -red) mövqe tutan erməni silahlı dəstələrinə xəbərdarlıq edərək ərazini tərk etmədikləri təqdirdə Azərbaycan Ordusunun bir neçə gün ərzində hücum edəcəyini bildirib.
Rusiya hərbçiləri bu hücuma müdaxilə etməyəcəklərini bildiriblər. Səbəb kimi, həmin ərazilərin Azərbaycan sərhədləri daxilində yerləşməsini göstəriblər.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda erməni silahlı dəstələrilə Ermənistanın beynəlxalq sərhədində yerləşdirilən Rusiya silahlı qüvvələrinin nümayəndələri danışıqlar aparır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam