Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Prezidentin köməkçisi: -"Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun meyitini erməni tərəfinə qaytarıb”

Prezidentin köməkçisi: Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun meyitini erməni tərəfinə qaytarıb”

“Azərbaycan Rusiya Federasiyasının sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”.

Yenixeber.org: Bunu “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırarkən deyib.

Prezidentin köməkçisi bildirib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər:

“Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun meyitini erməni tərəfinə qaytarıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam