Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən -müəssisə aşkarlandı

Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Qax rayonu, Qarabaldır kəndində yerləşən hüquqi şəxs “Floral Glade” MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsinə baxış keçirilib. İlkin baxış zamanı müəssisəsinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar olunub. Müəssisədə istehsal olunan süd məhsullarının üzərində qanunvericiliyə uyğun zəruri məlumatların (istehsal tarixi, saxlama müddəti və s.) qeyd olunmadığı müəyyən olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam