Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Meksikalı parlamentar -Xocalının ildönümü ilə əlaqədar bəyanat yaydı

Meksikalı parlamentar Xocalının ildönümü ilə əlaqədar bəyanat yaydı

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aqustin Qarsiya Rubio tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayılıb.

Yenixeber.org: Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə, bəyanatda 2011-ci ildə Meksika Deputatlar Palatasında Xocalı soyqırımını tanıyan sənədin qəbul edildiyini xatırladan parlamentar, faciə qurbanlarının yad edilməsi ilə bağlı qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Sənəddə, həmçinin Meksikanın sülh və dialoq tərəfdarı olduğu, bu xüsusda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlarını alqışladığı, bu razılaşmaların Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin, eləcə də qonşu xalqlar arasında barışığın təmin edilməsinə şərait yaradacağına ümidvar olduğu qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam