Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sahibkarlığın İnkişaf Fondunun yığılmış zərəri -200 milyon manata yaxınlaşıb

Sahibkarlığın İnkişaf Fondunun yığılmış zərəri 200 milyon manata yaxınlaşıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2020-ci ili 32,229 milyon manat xalis zərərlə başa vurub. Halbuki, Fond 2019-ci ildən 2,328 milyon manat xalis mənfəətlə çıxmışdı.

Yenixeber.org: Bu barədə qurumun maliyyə hesabatı xəbər verir.

Son nəticədə SİF-in yığılmış zərəri 20% artaraq 193,469 milyon manata çatıb.

Ötən il Fondun əməliyyat gəlirləri 10,106 milyon manat (əvvəlki ilə nisbətən 15,6 % çox), xərcləri 5,012 milyon manat (24,4% çox), xüsusi ehtiyatlara ayırmaları 37,102 milyon manat (30,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 221 min manat (2,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 868,137 milyon manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri kəskin artaraq 49,53 manata çatıb, balans kapitalı isə 3,9% azalaraq 818,607 milyon manata düşüb.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam