Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Virusdan ölüm sayı 0-a düşdü, Azərbaycanın mübarizəsi effektivdir -RƏY

Virusdan ölüm sayı 0-a düşdü, Azərbaycanın mübarizəsi effektivdir - RƏY

“Azərbaycanda son bir neçə günün koronavirusa yoluxma statistikasında COVID-19-dan ölənlərlə bağlı rəqəm sıfırdır. Bu da bir neçə səbəblə bağlıdır”.

Yenixeber.org: Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

R.Mahmudov gündəlik ölüm sayının azalmasını və bəzi günlər qeydə alınmamasını ölkədə pandemiya ilə əlaqəli aparılan mübarəzinin effektliyi və əhalinin vaksinasiyası, regionda və dünyada virusun yayılmasının sönməsi ilə əlaqələndirib.

Həkimin sözlərinə görə, cəmiyyət bugünkü azalma göstəricisi əsasında qarşısına hədəf qoymalıdır ki, gələcəkdə, xüsusilə də payız mövsümündə yeni dalğa qarşısında daha təhlükəsiz və effektiv mübarizə aparmaq üçün peyvəndləmənin 60%-nə nail olunsun:

“Ümid edirəm ki, ölkədə peyvəndə qarşı olan münasibət və dövlətin bu məsələnin həllində ortaya qoyduğu səylər birləşərək payız aylarına vaksinləşmiş insanların çoxluğu ilə qədəm qoya bilərik. Bununla da gələcəkdə ölkədaxili və xarici səyahətlər, sosial-mədəni həyat, iqtisadi fəallığın saxlanılmasında vacib rol oynamış olacağıq”.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusdan ölən olmayıb.

Xatırladaq ki, bu günə qədər ölkədə 335 171 nəfərə virusa yoluxub. Onlardan 328 580 nəfəri artıq sağalıb. Ümumi yoluxanlardan 4 953 nəfər dünyasını dəyişib. Hazırda 1 638 aktiv koronavirus xəstəsi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam