Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Kapitulyator Moskvada ölkəmizin gələcəyini dəfn etdi"-Babayan

"Kapitulyator Moskvada ölkəmizin gələcəyini dəfn etdi"-   Babayan
Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskva səfərini tənqid edib.
Yenixeber.org: O xalqı ölkəsi ilə bağlı baş verən faciəvi siyasi prosesləri görməməkdə ittiham edib.

“Siz kapitulyantın rus dilinin pis olması və üzündəki yersiz ifadə haqqında dedi-qodular edirsiniz. Moskvada baş verənlər barədə daha ciddi şeyləri düşünürsünüzmü? Azərbaycan silahlı qüvvələrinin Ermənistan "ərazisində"(Qaragöl, Zəngəzur-red.) mövcudluğu leqallaşdırıldı. Bu mövzunun bağlandığını deyə bilərik. Bütün məhkumların dərhal geri qaytarılması tələbi yenidən qaldırılmadı. Amma biz yenə də xoş niyyətə ümid edən ofisiant rolunda qaldıq. Qarabağın statusu məsələsi yenidən qapalı mövzuya çevrildi. Kapitulyator nəhayət ölkəmizin gələcəyini basdırdı”-Babayan bildirib.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş keçiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam