Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prezident Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavinini qəbul edib-FOTO

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org: Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulandı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam