Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rus sülhməramlıları Laçın dəhlizindən keçən ermənilər haqda: - “Maşınlarında axtarış aparırıq“

 

2020-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlıları 58 mindən çox nəqliyyat vasitəsinin və 210 minə yaxın insanın Laçın dəhlizi ilə Dağlıq Qarabağa keçidini təmin edib.

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə riayət olunmasını nəzarətdə saxlayır və nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyini təmin edir. Hər bir nəqliyyat vasitəsinə baxış keçirilərkən, lazım gələrsə, axtarış aparılır. Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”,- deyə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davydov bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildən etibarən Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Rəsmi Bakı bölgədə fəaliyyət göstərən sülməramlıların işiylə bağlı narazılığını dəfələrlə dilə gətirib. Sülhməramlıların separatçılar üçün silah-sursat daşıdığına dair iddialar var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam