Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Talibanın konstitusiyası bəlli oldu...

 

Taliban Zahir-Şahın dövründəki konstitusiyadan istifadə edəcək
Əfqanıstanda müvəqqəti olaraq ölkənin sonuncu şahı olmuş Məhəmməd Zahir Şahın dövrünün konstitusiyası qüvvədə olacaq.
Yenixeber.org: Bunu “Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Suheyil Şahin deyib.
Onun sözlərinə görə, “Taliban” hökuməti ölkənin bütün sakinlərinin hüquqlarını nəzərə alaraq gələcəkdə Əsas Qanunu hazırlayacaq.
Bundan əvvəl ölkədə ədliyyə naziri vəzifəsini icra edən Abdul Hakim Şari bildirib ki, şəriətə zidd müddəalar istisna olmaqla Əfqanıstanda müvəqqəti olaraq Zahir şahın dövrünün konstitusiyası tətbiq ediləcək.
S.Şahinə görə, bu konstitusiyaya qayıtmaq ehtiyacı "Taliban" hakimiyyətə gəldikdən sonra yaranan boşluqdan qaynaqlanır: "Bu, müəyyən müddət üçün nəzərdə tutulub. Ancaq başqa bir konstitusiya üzərində işləyəcəyik ki, bu daimi olacaq və insanların bütün hüquqları orada nəzərə alınacaq".
"Taliban" sözçüsü yeni konstitusiyanın azad və müstəqil Əfqanıstanda qəbul ediləcəyini və sənədin səsverməyə çıxarılacağınl söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam