Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Daha bir raket Rusiya ordusunun silahlanmasına veriləcək - hipersəs qanadlı raket

 

"Zirkon" raketi gələn ildən Rusiya ordusunun silahlanmasına veriləcək -    Putin
“Zirkon” hipersəs qanadlı raketinin sınaqları yekunlaşmaq üzrədir və gələn ildən Hərbi Dəniz Qüvvələrinə tədarük ediləcək".
Yenixeber.org: Bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə məsələləri üzrə iclasda deyib.
Putinin sözlərinə görə, sınaq zamanı raket tapşırığa tam uyğun olaraq sualtı mövqedən və suüstü gəmilərdən həm yer, həm də dəniz hədəflərini dəqiqliklə vurub: "Gələn ildən etibarən bu raketlər Rusiya Hərbi Dəniz Qüvvələrinə daxil ediləcək".
O bildirib ki, davam edən sınaqlar həm də “Peresvet” lazer sistemlərinin, “Avangard” və “Kinjal" hipersəs komplekslərinin unikal xüsusiyyətlərini inamlı şəkildə təsdiqləyib.
Rusiya liderinə görə, potensial hərbi təhlükələrə qarşı effektiv mübarizə apara biləcək yeni hipersəs silah sistemlərinin, yüksək güclü lazerlərin, robot sistemlərin yaradılması üçün zəruri texnologiyaların işlənib hazırlanması və tətbiqi xüsusilə vacibdir: "Bu, o deməkdir ki, onlar ölkəmizin təhlükəsizliyini daha da gücləndirəcəklər”.
Putin bildirib ki, qabaqcıl silahların inkişafı onilliklər ərzində Rusiyanın yüksək hərbi təhlükəsizliyini təmin edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam