Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

MN:Orduda COVID-19-a qarşı ciddi mübarizə aparılır

MN: Orduda COVID-19-a qarşı ciddi mübarizə aparılır

Hərbi Tibb Fakültəsinin rezidenturasında təhsil alan hərbi həkimlərin növbəti buraxılış mərasimi keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən (MN) verilən xəbərə görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunların respublikanın aparıcı professor müəllimlərindən dərs aldıqlarını, Vətən müharibəsi dövründə hərbi həkimlərlə birlikdə rezidentlərin də cəbhə bölgəsinə ezam olunaraq yaralı hərbi qulluqçulara ilkin tibbi yardım göstərdiklərini qeyd ediblər. COVID-19 pandemiyasına qarşı ordumuzda da ciddi mübarizə aparıldığı, bu sahədə kursantlar, rezidentlər və həkimlərin əvəzsiz xidmətləri olduğu xüsusi vurğulanıb.

Tədbirin sonunda rezidentlərin təhsil müddətində ixtisasları üzrə apardıqları cərrahiyyə əməliyyatları və müalicə zamanı lentə aldıqları çəkilişlərdən ibarət qısametrajlı videoçarx nümayiş etdirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam