Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya yeddi Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoydu-SƏBƏB

Moskva avqust ayında Londonun yeddi Rusiya vətəndaşına qarşı elan etdiyi sanksiyalara cavab olaraq, Rusiya əleyhinə fəaliyyətdə iştirak edən eyni sayda Britaniya nümayəndələrinin ölkəyə girişini qadağan edib.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Londonun qeyri-dost hərəkətlərinə cavab olaraq və qarşılıqlılıq prinsipi əsasında anti-Rusiya fəaliyyətində yaxından iştirak edən Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb. Onlar üçün Rusiya Federasiyası ərazisinə giriş bağlanıb. Biz bir daha Britaniya rəhbərliyini ölkəmizə münasibətdə qarşıdurma xəttindən əl çəkməyə çağırırıq. İstənilən qeyri-dost addım cavabsız qalmayacaq", - Zaxarova əlavə edib.

Avqustun 20-də Britaniya hakimiyyəti müxalifət lideri Aleksey Navalnı ilə insidentdə əli olduğu güman edilən 7 FSB əməkdaşına sanksiya tətbiq edib. Bu, Navalnı hadisəsindən sonra Londonun Rusiyaya qarşı qəbul etdiyi ikinci sanksiyalar paketidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam