Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından -30 il ötür

 

 “Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”.

Yenixeber.org: Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb. 

Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam