Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Milli Məclisin deputatı -Pakistanda İƏT PA-nın tədbirində iştirak edəcək

Milli Məclisin deputatı Pakistanda İƏT PA-nın tədbirində iştirak edəcək

Milli Məclisin deputatı Pakistanda İƏT PA-nın tədbirində iştirak edəcək.

Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) işçi qrupunun iclasında iştirak etmək üçün yanvarın 24-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə səfər edəcək.

Tədbirə Türkiyə və Pakistanın parlamentlərinin nümayəndə heyətləri də qatılacaqlar.

Toplantıda İƏT PA Katibliyinin strukturu, işçi heyətinin nizamnaməsi və səlahiyyətləri, habelə büdcəsi və maliyyələşməsi ilə bağlı sənədlər müzakirə olunacaq. İclas çərçivəsində İƏT PA-nın Üçüncü Ümumi Konfransına hazırlıq məsələləri üzrə də fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Səfər yanvarın 28-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam