Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Naxçıvana bilet almaq istəyənlərin -NƏZƏRİNƏ

AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sosial şəbəkələrdə müxtəlif turizm agentliklərinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabilet satması barədə məlumatlarla bağlı sərnişinlərə müraciət edib.

Yenixeber.org: Müraciətdə fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlərin üç yolla əldə edilə bilməsi qeyd olunub:

- Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;

- Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;

- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.

Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

Həmin istiqamət üzrə aviabiletin dəyərini Tarif (Qiymət) Şurası müəyyən edib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün 40 manat güzəşt tətbiq olunur, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.

"AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə aviaşirkət bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam