Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Azərbaycana səfər gələn Litva Prezidentinin rəsmi qarşılanma mərasimi olub -FOTOLAR

 

 

 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.

Yenixeber.org: Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verib.

Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçib.

Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

 

 

 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam