Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

RUS SÜLHMƏRAMLILARI LAÇINDA TALANÇILIQ EDİRLƏR -VİDEO

Yenixeber.org:  "Caliber.Az" saytı Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının “Laçın dəhlizi”ndə qanunsuz söküntü işləri ilə məşğul olduğunu əks etdirən eksklüziv görüntülər əldə edib.

Həmin görüntülərdə rus hərbçilərinin 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökmələri əks olunub.

Eyni zamanda, onlar təkcə şiferə deyil, həm də taxta konstruksiyalara göz dikərək, bu materialları üzərində Rusiya bayrağı və “SK” (sülhməramlı kontingent) yazısı olan KAMAZ-a yükləyiblər.

Maraqlıdır ki, talançıların “binanın deşifrə edilməsi üzrə xüsusi əməliyyatının təhlükəsizliyi” onların sərəncamında olan “BTR-82A” zirehli transportyoru tərəfindən təmin edilir.

Bu faktla bağlı bir neçə sual yaranır: Rusiya sülhməramlılarının məqsədləri nədən ibarətdir? Niyə onlar birbaşa vəzifələrini yerinə yetirmək əvəzinə, əvvəllər işğal olunmuş ərazilərdə (Xüsusilə Laçın dəhlizini ələyə çeviriblər, oradan destruktiv elementlər Ermənistandan Azərbaycanın Qarabağ regionuna sızırlar) sözün həqiqi mənasında daşı-daş üstündə qoymayan həmin Qarabağ separatçıları kimi davranırlar? Yoxsa onlar tezliklə müvəqqəti olaraq yerləşdirildikləri məsuliyyət zonasını tərk edəcəklərini anlayaraq, başqasının əmlakından sadəcə mənfəət əldə etmək qərarına gəldilər?

Həmin görüntüləri təqdim edirik:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam