Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xəstəxanaya yerləşdirilən Xalq artistindən yenidən COVID-19 testi götürüləcək

 Azərbaycanın Xalq artisti Ənvər Həsənovdan yenidən COVID-19 testi götürüləcək.

Yenixeber.org: Bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, təkrar koronavirus testinin götürülməsinin səbəbi həkimlərin rəyi ilə atasının maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməsinin zəruriliyi ilə əlaqədardır:

A.Həsənova Xalq artistinin vəziyyətinin hazırda sabit olduğunu bildirib. O qeyd edib ki, atasının saturasiyası hazırda normaldır: "Həkimlər atamın ciyərlərində problem olmadığını deyir. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, lazım olan şəkər səviyyəsinin normal həddə gətirilməsidir".

Qeyd edək ki, bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam