Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Arif Əsgərov qardaşını qoruya biləcəkmi?

 

"Hazırda Qazax rayon icra başçısının 1-ci müavini postunu tutan Fərman Nağdəliyev onun yerinə gətirilir. Hələlik adı hallandırılan şəxs odur"

"Xeberinfo.com":  Ölkənin sabiq baş dəmiryolçusu Arif Səgərov nəqliyyat naziri Ziya Məmmədov tərəfindən himayəyə götürülsə də, adının 48 milyonluq yeyinti qalmaqalında hallanması və bu səbəbdən ona olan etimadı itirməsi səbəbindən hazırda NN-də nazir müavini postunu tutmasına rəğmən yenə də hədəf olmaqdan yayına bilmir. Bu barədə Dia.az-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan ötürülən informasiyada deyilir. Xəbəri verən qaynaq iddia edir ki, Arif Əsgərov son aylarda ciddi itkiyə uğrayıb ki, məlum proses davam etməkdədir.

Mənbənin söylədikləri: "Bu dəfə Əsgərov hazırda Qazaxa rəhbərlik edən qardaşının görəvdən alınması ilə barışmalı olacaq. Çünki yaxın günlərdə Ayaz Əsgərovla bağlı sərəncamın verilməsi göslənilir. Onun ardından isə Əsgərovların əlindəki maliyyə rıçaqları da hədəfə alınacaq".

Məlumatı verən qaynaq onu da əlavə edib ki, artıq Ayaz Əsgərovu postunda əvəz edəcək şəxsin kimliyi də məlumdur: "Hazırda Qazax rayon icra başçısının 1-ci müavini postunu tutan Fərman Nağdəliyev onun yerinə gətirilir. Hələlik adı hallandırılan şəxs odur". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam