Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu dövlətlər birgə hərbi təlimlər keçirir

 Bolqarıstan Müdafiə Nazirliyi ölkəsinin ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək "Trakya Yayı - 2023" hava qüvvələri təlimi keçirdiyini açıqlayıb.

Yenixeber.org: Bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə aşağı hündürlükdə taktiki uçuşlar, orta və aşağı hündürlükdə qrup uçuşları, paraşütlə hərəkətlər, terrorçu qrupların zərərsizləşdirilməsi, tibbi təxliyə kimi imitasiya hərəkətləri daxildir.

Təlim proqramı şəxsi heyətin yerdəyişməsi üçün avqustun 5-də uçuşların həyata keçirilməsini nəzərdə tutur. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarələri avqustun 7-də Bolqarıstana eniş edəcək.

Birgə təlim çərçivəsində avqustun 8-dən 17-dək olan müddətdə Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Spartan” və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarələrinin gecə-gündüz uçuşları həyata keçiriləcək.

"Trakya Yayı - 2023" təlimləri artıq 15-ci ildir ki, Bolqarıstanda keçirilir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam