Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Danimarka Rusiyanın bu tankerlərini bloklayacaq -SƏBƏB

Danimarka Rusiya nefti daşıyan tankerləri saxlayacaq?

Avropa İttifaqı (Aİ) Danimarkaya Rusiya nefti daşıyaraq ölkə sularından keçən tankerləri yoxlamaq və güman ki, bloklamaq barədə göstəriş verəcək.

Yenixeber.org: Məlumata görə, söhbət Qərb sığortası olmadan Danimarka boğazlarından tranzit keçən tankerlərdən gedir. Aİ ölkələrinin ətraf mühit üçün təhlükə yarada biləcək gəmiləri yoxlamaq hüququ var. Qərb rəsmiləri deyirlər ki, gəmilərin lazımi qaydada sığortalanmasını tələb etmək haqlıdır, çünki Rusiya neftinin daşınması köhnə gəmilərin “kölgə donanmalarında” həyata keçirilir və böyük ekoloji fəlakətə gətirib çıxara bilər.

BMT-nin Dəniz Hüququ Konvensiyasına sahilyanı ərazilərə ciddi ziyan vurma riskinin olması ilə bağlı aydın və obyektiv sübut olduqda gəminin həbsi də daxil olmaqla, hüquqi prosedurların başlanmasına icazə verən müddəalar daxildir. Gəminin dayanmaqdan imtina edəcəyi təqdirdə Kopenhagenin nə edəcəyi də məlum deyil.

2022-ci il dekabrın 5-də Rusiya neftinə qarşı embarqo qüvvəyə minib və elə həmin gündən Rusiyadan gələn neftin qiymətinin yuxarı həddi 60 dollar/barel səviyyəsində müəyyən edilib. 5 fevral 2023-cü ildən Avropa İttifaqının Rusiya neft məhsullarına embarqosu qüvvədədir. Rusiya Energetika Nazirliyi embarqoya görə azalan neft və neft məhsulları tədarükünün həcmini yönləndirə bildiyini iddia edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, oktyabrda Rusiya neftinin ixracından əldə olunan gəlir 25 milyon dollar azalıb.("Financial Times")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam