Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər

Yəhya Sinvarın Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri seçilməsi İsraillə Qəzza zolağında atəşkəslə bağlı danışıqları çətinləşdirə bilər.

Yenixeber.org: Sinvar HƏMAS lideri olarsa, ABŞ-nin Fələstində sülhün əldə edilməsi cəhdlərinə mane ola bilər. Onun İsraili güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tərəfdarı olacağı qeyd edilir.

Öz növbəsində, İsrailin sağ təmayüllü siyasətçiləri HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi və Sinvarın öldürülməsi məsələsində güzəştsiz mövqe tuturlar. Bu isə Baş nazir Benyamin Netanyahunun onlarla mümkün atəşkəs şərtlərini razılaşdırmasını çətinləşdirir.

Qəzet əlavə edib ki, HƏMAS-ın yeni liderinin İsrail ordusunun bir nömrəli hədəfinə çevrilməsi onun hərəkata rəhbərlik etməsinə və atəşkəslə bağlı danışıqlar aparmasına mane olur.

Xatırladaq ki, Sinvar avqustun 6-da HƏMAS Siyasi bürosunun rəhbəri seçilib. (The Wall Street Journal0


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam