Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan investisiya qoymaq üçün yüksək perspektivli ölkələrdən biridir -REYTİNQ

 

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri investisiya qoymaq üçün yüksək perspektivli ölkələrin TOP-10 reytinqini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Azərbaycan 82,05 bəndlə 7-ci yeri tutub.

Siyahıda I yerdə Kamboca, II yerdə Filippin, III yerdə isə Keniya qərarlaşıb.

İqtisadi stabillik, qlobal tendensiyalara müntəzəm olaraq uyğunlaşan qanunvericiliyin yaratdığı əlverişli investisiya mühiti, o cümlədən alternativ enerji sektorunun inkişafı TOP 10-luğa daxil olan ölkələri fərqləndirən əsas amillərdir.

Tədqiqat Beynəlxalq Valyuta Fondu və xarici investisiyaların monitorinqi üzrə “Financial Times”ın xidməti olan “fDi Markets”in məlumatlarından istifadə edilməklə ən cəlbedici 50 ölkənin makroiqtisadi və xarici investisiyalar üzrə göstəriciləri qiymətləndirilərək aparılıb.

2023-cü ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatına birbaşa olaraq 2 milyard ABŞ dollarından çox xarici investisiyalar yatırılıb. Bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Ölkə

Ölkənin reytinq göstəricisi (bənd)

1

Kamboca

96,11

2

Filippin

94,43

3

Keniya

87,44

4

İraq

85,88

5

Namibiya

83,56

6

Qazaxıstan

82.56

7

Azərbaycan

82,05

8

Mərakeş

78,17

9

Serbiya

76,33

10

Hindistan

75,42


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam