Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq -Sabahdan

 

Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək. 

Yenixeber.org: Bu barədə “Bakı Metropoliteni məlumat yayıb. 

Bildirilib ki, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq:

“Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.

“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.

Qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almaları xahiş olunur”.

“Sərnişinlərdən, həmçinin “Əhmədli” stansiyasında da diqqətli olmaq xahiş edilir. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur”, - rəsmi məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam