Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Həyat üçün şans” Reabilitasiya mərkəzinin rəhbəri həbs edildi -SƏBƏB

“Həyat üçün şans” reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Yenixeber.org: Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Ona qarşı irəli sürülən ittiham məlum deyil. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, "Həyat çün şans" reabilitasiya mərkəzi narkomaniya, alkoqol və qumar asılılığından əziyyət çəkənlərə yardım edir. İlkin versiyaya görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ölməsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.

İddia olunur ki, hazırda bu istiqamətdə əməliyyat davam etdirilir.

Əməliyyatı Abşeron Polis İdarəsi keçirir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam