Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Dəməşqdə komendant saatı ləğv edildi

Suriyada hakimiyyətə gələn müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Hərbi Əməliyyatlar İdarəsinin teleqram kanalı bəyanat yayıb.

“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib”, - məlumatda bildirilib.

“Vətəndaşlarımızı işlərinə və qurumlarına qayıtmağa, yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, - İdarənin bəyanatında deyilir.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər. Daha sonra şəhərdə komendant saatı tətbiq olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam