Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sadır Japarovdan Avropa Parlamentinə çağırış:Qırğızıstanın işlərinə qarışmayın

 

Qırğızıstan Prezidenti Sadır Japarov Avropa Parlamentinin deputatlarını ölkənin işlərinə qarışmamağa və orada baş verən hadisələri obyektiv qiymətləndirməyə çağırıb.

Yenixeber.org xəbər verir ki, S.Japarov bunu Bişkekdə Qırğızıstanın bütün regionlarının nümayəndələrinin 3-cü qurultayında bildirib.

"Biz müstəqil dövlətik, ona görə də bizim proseslərə qarışmaq lazım deyil", - o bildirib.

Bir neçə gün əvvəl Avropa Parlamenti Qırğızıstan Sosial Demokrat Partiyasının (SDPK) lideri Temirlan Sultanbekovu dəstəkləyən qətnamə qəbul edib. O, iki partiya yoldaşı ilə birlikdə yerli seçkilərdən əvvəl seçiciləri ələ almaqda şübhəli bilinərək həbs edilmişdi. Bundan sonra partiya seçkilərdə iştirakdan kənarlaşdırılıb.

S.Japarov, həmçinin vurğulayıb ki, Qırğızıstan Avropa ölkələrinin təcrübəsini mənimsəməyə və onlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır: "Biz belə əməkdaşlığa açığıq".

Prezident əlavə edib ki, Qırğızıstan hazırda inkişafın mühüm mərhələsindən keçir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam