Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ukraynadakı uşaq evindən Rusiyaya aparılan oğlan özünü öldürdü

 

Ukraynanın Xerson vilayətində uşaq evinin rəhbəri Lidiya Şarvarla Xersonun işğalı zamanı ruslarla əməkdaşlığa başlayıb. Ukrayna Xersonu azad etdikdən sonra uşaq evinin uşaqlarını da götürərək Rusiyaya qaçıb. Lakin bir uşaq buna dözə bilməyib.

Yenixeber.org bildirir ki, Şarvarla qəyyumluqdan imtina etdikdən sonra uşaqlar Krasnodar diyarının Kuçuqurı kəndindəki müvəqqəti yaşayış məntəqəsinə düşüblər. Uşaqlardan biri Aleksandr Yakuşenko himayədar ailəyə götürüldükdən sonra intihar edib.

Məlumata görə, övladlığa götürən ailə ən ucuz qəbri seçib və yas mərasiminə amansız yanaşıb.

Ölümündən bir müddət əvvəl oğlanın himayədar ailə ilə münasibətindən danışdığı səsli mesaj göndərdiyi məlum olub.

"Orada heç kimə ehtiyacım yoxdur. Mənə bunu başa saldılar. Hamının həyatını məhv edirəm. Buna dözə bilmərəm, özümü asaram... Mən olmasaydım, indi heç kimin problemi olmazdı, kaş bura gəlməyəydim...” deyə uşaq bildirib.

Oğlan Ukraynaya anasının yanına qayıtmağı düşünüb, lakin ukraynalının dostlarının dediyinə görə, ailə bir dəfə onun sənədlərini götürüb.

Xatırladaq ki, Ukrayna müvəqqəti işğal olunmuş ərazilərə və ya Rusiyaya aparılmış uşaq evlərindən bütün uşaqları geri qaytarmağa çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam