Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Zelenski də, başsağlığı verdi:...Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik

Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Yenixeber.org: Məlumata görə, ukraynalı lider bu barədə "X" hesabında yazıb.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.

Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir. Əgər Rusiya yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik” - Zelenski qeyd edib. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam