Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd edirlər

 

Bu gün pravoslav xristianları İsa Peyğəmbərin mövludunu - Milad bayramını qeyd edirlər.

Yenixeber.org-un məlumatına görə, Bakıda Pravoslav xristianları yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

Bu bayram xristianlıqda ən önəmli günlərdən hesab olunur və Miladda ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi qeyd edilir.

Bayramla əlaqədar Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilir, bayram ayinləri yerinə yetirilir.

Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır. Milad bayramı münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak yeni dövrün başlanğıcını simvolizə etdiyinə görə xristianlar üçün xüsusi əhəmiyyət daşıyır.

Həmin günün şərəfinə süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi düzülür. Süfrəyə düzülən yeməklərin hər birinin dadına baxmaq isə mütləq hesab edilir. Masada canlı alov - şam yanır.

Müqəddəs gecənin ən başlıca yeməyi isə buğdadan hazırlanan kutya hesab edilir. Amma kutyanın hazırlanmasında üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.

Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam