Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Geri qaytarılan gedişhaqqı məbləğləri ilə bağlı -AÇIQLAMA/FOTO

 

“Kapital Bank” “BakıKart” ödənişləri zamanı istifadə edilən biletlərə görə geri qaytarılan məbləğlərlə bağlı məsələyə aydınlıq gətirib.

Yenixeber.org xəbər verir ki, açıqlamada deyilir:

“Bildiyiniz kimi, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gedişhaqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün “Birbank” mobil tətbiqində QR bilet yaratmaq kifayətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.

Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin “BakıKart” QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı, istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.

Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr - 4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq. 

Bu mövzuda sualları olan müştərilər “Birbank” mobil tətbiqində 29 noyabr - 4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 “Sorğu mərkəzi” ilə əlaqə saxlaya bilərlər”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam