Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Meşə yanğınları səbəbindən Hollivudun bir hissəsi təxliyə edilir -YENİLƏNİB

 

ABŞ-nin Los-Anceles ştatının Yanğınsöndürmə Xidməti Hollivud yaxınlığındakı ərazilərin sakinlərinin təxliyəsi barədə əmr verib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

100 mindən çox insan evlərini tərk etmək məcburiyyətindədir. Təxliyə edilməli olan ərazilərə Hollivudun Şöhrət xiyabanı və martın 3-də "Oskar" mükafatının təqdimetmə mərasiminin keçiriləcəyi "Dolbi" teatrı da daxildir.

“The Washington Post”un məlumatına görə, yanğınlar nəticəsində ölənlərin sayı beşə çatıb. Pasifik Palisadesdə yanğın 63,9 kvadrat kilometr əraziyə yayılıb.

***

ABŞ-də Los-Anceles ştatı yaxınlığında baş verən meşə yanğınları Hollivud təpələrinə çatıb.

Məlumata görə, "Sunset" adlanan daha bir meşə yanğını tarixi “Hollywood Bowl” konsert zalının yaxınlığındakı Ranon Kanyon parkında yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 05:30) başlayıb.

Qraumanın Çin Teatrı və Madam Tüsso muzeyinin ətrafındakı küçələr maşınlarla doludur, hər yerdə sirena səsləri eşidilir. Şəhərin üzərindən alçaqdan uçan helikopterlər su tökür. Otel sakinləri otelləri tərk edir.

Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Hazırda 1000-dən çox bina, əsasən yaşayış evləri yanğından zərər çəkib. 130 min sakin təxliyə zonasındadır, faciənin 5 qurbanı var. Söndürmə işlərinə aviasiya cəlb edilib.

ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Meşə yanğını ştatın tarixində ən böyük yanğınlardan biri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam