Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Xarici işlər naziri kanslerdən niyə küsüb? -SƏBƏB

 

Almaniyanın kansleri Olaf Şolts hökumətin iclasını tərk edən ölkənin xarici işlər naziri Annalena Berbokla anlaşılmazlıq yaşayıb.

Yenixeber.org xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Şolts Ukraynaya yeni yardım paketini bloklayarkən, xarici işlər naziri Annalena Berbok hökumətin iclasını tərk edib. Bu zaman Şolts Berboku dayandırmaq istəsə də, ona əli çatmayıb.

Mətbuatda yer alan xəbərlərə görə, Berbok və Şolts arasındakı fikir ayrılığına səbəb Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qəbul etməkdə israrlı olduğu 3 milyard avroluq yardım paketi olub.

Annalena Berbok kanslerin vetosunu açıq şəkildə tənqid edib.

Məlumata görə, Berbok və Pistorius sənədlərin tərtibi üçün bir neçə ay sərf ediblər. Noyabrın əvvəlində Şolts özü Almaniyanın Azad Demokratik Partiyasının (FDP) lideri, maliyyə naziri Kristofer Lindneri Ukraynanın çox ehtiyac duyduğu vəsaitləri əngəlləməkdə ittiham etsə də, bu dəfə paketi özü bloklayıb.

Kanslerlə xarici işlər nazirinin bu olay zamanı çəkilmiş fotosu mətbuatda yayımlanıb və diqqətləri özünə çəkib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam