Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Kartlardan oğurluğa görə kim günahkardı: üçüncü tərəf də var...

ABŞ-nin ən böyük banklarından birində çalışan Vəli Səməndərli ödəniş kartlarından oğurluqlara münasibət bildirib.

Yenixeber.org-un məlumatına görə, o bildirib ki, kartlardan oğurluğa görə günahın bank, yoxsa vətəndaşda olması məsələsi sadə göründüyü qədər də mürəkkəb sualdır.

"Sistematik olaraq hər iki tərəf və üstəlik, ölkədə fəaliyyət göstərən bəzi satış platformalarının da burada günahı var. Vətəndaşlar arasında scamlara, phishing/vishingə reaksiya zəifdir. Hətta o səviyyədədirki, Avropada maliyyə cinayətkarları daha kompleks yollara əl atsa da, bizdə hələ də ən sadə yolla böyük məbləğlər ələ keçirməyə nail olurlar. Banklar nə qədər müştərilərə günah atsa da, bir şeyi qəbullanmalıdırlar ki, sadəcə 3DS təhlükəsizlik koduyla qorunmaq mümkün deyil və indiki müasir bank sferasında daha böyük həllər var. Bu həllərsə nisbətən böyük maliyyə xərcləri tələb edir ki, banklar öz reputasiyaları üçün bu tədbirləri görməlidirlər. (Təbii ki 100% təhlükəsizlik yenə də təmin oluna bilməz) Digər problem satış platformaları saytlarının təhlükəsizliyinin zəif olmasıyla müştəri kart detallarının oğurlanmasıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam