Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş... -FOTOLAR

 

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Yenixeber.org xəbər verir ki,2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.

C.Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə marketlərdən birində çalışıb.

Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub.

Hadisə ilə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.(Modern.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam