Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan enerji səmərəliliyi sahəsində yeni dövlət standartları qəbul edib

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) enerji səmərəliliyi sahəsində yeni dövlət standartları qəbul edib.

Yenixeber.org xəbər verir ki, bunlar, AZS EN 15218:2025 “Yerləşgələrin soyudulması üçün buxarlandırıcı ilə soyutma kondensatorlu və elektrik intiqallı kompressorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər” və AZS EN 30-2-1:2025 “Qazla işləyən məişət mətbəx texnikası - 2-1-ci hissə: Enerjidən səmərəli istifadə - Ümumi” dövlət standartlarıdır.

Sözügedən standartlar yerləşgələrin soyudulması üçün kondisionerlər, mayeli soyuducu aqreqatlar və qazla işləyən məişət mətbəx texnikasının istifadə ediləcəyi sahələrdə effektivlik, təhlükəsizlik və enerji səmərəliliyi ilə bağlı tələbləri müəyyən edir. Bu standartların tətbiqi enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.

Yeni dövlət standartları “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam