Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Roma papasından YENİ XƏBƏR:vəziyyəti yenidən PİSLƏŞDİ

Roma papasının vəziyyəti yenidən PİSLƏŞDİ

Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yenidən pisləşib.

Yenixeber.org: Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik bu gün səhər saatlarında astmaya bənzər tənəffüs böhranı keçirib. Həmçinin aparılan testlər nəticəsində onda trombositopeniya aşkarlanıb və qan köçürülüb.

Roma Papasının vəziyyətinin ağır olaraq qaldığı, ağrıları çox olsa da, bütün günü kresloda oturaraq keçirdiyi qeyd edilib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam